Mağazadan meyit tapıldı

Mağazadan meyit tapıldı

Sabirabadda mağazadan meyit tapılıb.

"Cebheinfo.az" xəbər verir ki, dünən rayonun Əhmədabad kənd sakini Sabriyev Aydın Davranbəy oğlunun meyiti rayon ərazisindəki istifadəsiz mağazada aşkar edilib.

Onun hansı səbəbdən və hansı şəraitdə ölməsi hələlik məlum deyil.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

"Cebheinfo.az"