İlk dəfə Ukraynaya gedir

İlk dəfə Ukraynaya gedir

Serbiya Prezidenti Aleksandr Vuçiç bu gün Ukraynaya səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Serbiya liderinin Mətbuat xidməti yayıb. 

Səfərdə məqsəd Ukrayna – Cənub-Şərqi Avropa sammitində iştirak etməkdir. 

Bu, Vuçiçin hakimiyyətdə olduğu 12 il ərzində Ukraynaya ilk səfəridir. 

Qeyd edək ki, sözügedən sammitə Cənub-Şərqi Avropanın 12 ölkəsinin yüksəkvəzifəli nümayəndəsi qatılacaq.

"Cebheinfo.az"