Qutsulun ev dustaqlığının müddəti uzadıldı

Qaqauz Muxtariyyətinin rəhbəri Yevgeniya Qutsulun ev dustaqlığının müddəti daha 30 sutka uzadılıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Kişinyov Rayon Məhkəməsi bununla bağlı prokurorların vəsatətini təmin edib.
Öz növbəsində Qaqauz muxtariyyətinin rəhbərinin vəkilləri onun ev dustaqlığının uzadılması ilə bağlı Apellyasiya Palatasına şikayət edəcəklərini açıqlayıb.
“Biz bu qərardan apellyasiya şikayəti verəcəyik”, - vəkil Natalya Bayram bildirib.
Xatırladaq ki, Y. Qutsul martın 25-də seçki fondlarının saxtalaşdırılması, qanunsuz maliyyələşdirmə və yalan ifadə vermə işi ilə bağlı saxlanılmışdı. Moldova məhkəməsi Qutsulu 20 sutka müddətinə həbs etmişdi. Daha sonra o, ev dustaqlığına buraxılmışdı.
"Cebheinfo.az"