“Qalatasaray”dan ulduz futbolçu transferi - Bu gecə İstanbulda olacaq

“Qalatasaray”dan ulduz futbolçu transferi - Bu gecə İstanbulda olacaq

“Bavariya” ilə müqaviləsi başa çatan Leroy Sane “Qalatasaray”a keçir.

Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

O, almaniyalı hücumçunun Türkiyə klubu ilə 3 illik müqavilə imzalayacağını bildirib. Qeyd edib ki, 29 yaşlı futbolçu tibbi müayinə və müqavilə üçün bu gecə İstanbula gedəcək.

Xatırladaq ki, Almaniya millisinin üzvü başa çatan mövsümdə Bundesliqada 30 oyuna çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə verib.

"Cebheinfo.az"