Lənkəranda 8 yaşlı uşağı maşın vurub

Lənkəranda 8 yaşlı uşağı maşın vurub

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə günorta saatlarında Lənkəran şəhərinin Müzəffər Nəsirli küçəsində baş verib.

Hərəkətdə olan nəqliyyat vasitəsi rayon sakini 2017-ci il təvəllüdlü R.Ş-ni vurub.

Azyaşlı dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"