Dövlət Komissiyasının İşçi qrupunun üzvlərinin sayı artırılıb

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun üzvlərinin sayı artırılıb.
"Cebheinfo.az" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
İşçi qrupunun üzvlərinin sayı 8 nəfərdən 15 nəfərə qaldırılıb.
Qeyd edək ki, Komissiya tərəfindən qəbul edilmiş qərarları yerinə yetirmək, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə əlaqədar tədbirlərin bilavasitə həyata keçirilməsini təmin etmək məqsədilə Komissiyanın İşçi qrupu daimi fəaliyyət göstərir.
"Cebheinfo.az"