"TikTok"-da ən çox izləyicisi olan bloqer: Ölkədən getdi

"TikTok"-da ən çox izləyicisi olan bloqer: Ölkədən getdi

Bir neçə milyon izləyicisi olan ən məşhur "TikTok" istifadəçisi Xabi Leym viza müddətinin bitməsi iddiası ilə Las-Veqasda immiqrasiya agentləri tərəfindən saxlanıldıqdan sonra ABŞ-ni tərk edib.

Oxu.Az xəbər verir ki, bu barədə "The Associated Press" məlumat yayıb.

Əsl adı Seringe Habane Lame olan seneqal-italyanəsilli influenser iyunun 6-da Harri Rid Beynəlxalq Hava Limanında saxlanılıb. Bununla belə, ABŞ İmmiqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) nümayəndəsi açıqlamasında ulduzun deportasiya qərarı olmadan ölkəni tərk etməsinə icazə verildiyini qeyd edib.

Qeyd edək ki, "TikTok" sosial şəbəkəsinin məlumatına görə, bloqer Xabi Leym izləyicilərin sayına görə tətbiqdə birinci yerdədir. Onun 162 milyondan çox izləyicisi var.

"Cebheinfo.az"