II Liqada may ayının ən yaxşı qolunun müəllifi müəyyənləşib

II Liqada may ayının ən yaxşı qolunun müəllifi müəyyənləşib

II Liqada “Ayın qolu” layihəsi çərçivəsində “Hypers Guba” klubunun futbolçusu Hüseyn Novruzov mükafatlandırılıb.

Bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən məlumat verilib.

May ayının ən yaxşı qolunun müəllifinə mükafatı AFFA-nın inzibati binasında PFL-in Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.

"Cebheinfo.az"