Lənkəranda maşın vuran uşağın vəziyyəti necədir? - YENİLƏNİB

11.06.2025-ci il tarixində saat 14:55 radələrində Lənkəran şəhərində baş vermiş piyada vurma hadisəsi nəticəsində 1 nəfər (qadın cinsli) bədənin müxtəlif dərəcəli travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib. Müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. Vəziyyəti qənaətbəxş qiymətləndirilir.
15:48
Lənkəran rayonunda avtomobil 8 yaşlı uşağı vurub.
“Report”un Cənub bürosu xəbər verir ki, hadisə Lənkəran şəhərində qeydə alınıb.
Məlumata görə, avtomobil 2017-ci il təvəllüdlü Rüqəyya Ramal qızı Şərifovanı vurub. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"