Bessent: ABŞ dövlət borcuna görə defoltla üzləşə bilər

ABŞ dövlət borcuna görə defoltla üzləşə bilər.
Bunu ABŞ-nin maliyyə naziri Skot Bessent Nümayəndələr Palatasının Gəlir və Xərclər Komitəsinin dinləmələrində deyib.
Bessent bildirib ki, 36,9 trilyon ABŞ dollarından çox məbləğdə borc üzrə hesabların ödənilməsi üçün vəsait yayın ortasında və ya sonunda tükənəcək. O konkret tarix göstərməyib.
Bundan əvvəl o, ABŞ Konqresinin borc tavanını qaldırmayacağı təqdirdə defoltun avqusta qədər baş verəcəyini bəyan edib. Bu baxımdan iyulun ortalarına qədər borc limiti artırılmalı və ya dayandırılmalıdır.
Martın sonunda Konqresin Büdcə Ofisi borc tavanı qaldırılmadığı təqdirdə ABŞ hökumətinin avqust və ya sentyabr aylarına qədər defolt olacağını proqnozlaşdırmışdı. Ofis 2034-cü ildə dövlət borcunun 50 trilyon dolları keçə biləcəyini təxmin edir.
"Cebheinfo.az"