Pentaqon rəhbəri: Tramp Ukraynada sülhə can atır

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin, hətta ABŞ Konqresinin əksər üzvlərinin buna qarşı çıxmasına baxmayaraq, sülh yolu ilə həllinə cəhd etməyə can atır.
Bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset Senatın Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə bildirib.
“Dəfələrlə dediyim kimi, Prezident (Tramp) bu münaqişədə sülhün təmin edilməsinə sadiqdir. Sülh milli maraqlarımıza və fikrimizcə, hər iki tərəfin maraqlarına uyğundur, hətta bu sonluq bu zalda əylıəşənlərin və ölkəmizdə olanların çoxları tərəfindən bəyənilməsə belə”, - Pentaqonun rəhbəri deyib.
Heqsetin fikrincə, Rusiya və Ukrayna arasında danışıqlar yolu ilə əldə edilən sülh Amerikanın güclü görünməsinə kömək edəcək.
"Cebheinfo.az"