Jurnalistlər nazirə məktub yazdı

Jurnalistlər nazirə məktub yazdı

Niderlanddakı 45 media orqanının jurnalistləri müvəqqəti xarici işlər naziri Kaspar Veldkampa məktub göndərərək, ondan fələstinli həmkarlarını qorumaq üçün hərəkətə keçməsini xahiş ediblər. 

"Cebheinfo.az" xəbər verir ki, Niderland Jurnalistlər Birliyinin (NVJ) internet saytında verilən yazılı açıqlamada NVJ və Sərhədsiz Mətbuat Azadlığı (FPU) ilə birlikdə ölkədəki 45 media orqanının baş redaktorlarının da olduğu jurnalistlərin imzaladığı məktubun şəxsən Haaqa Xarici İşlər Nazirliyinə çatdırıldığı bildirilib. 

Nazir Veldkampa təqdim edilən məktubda fələstinli həmkarlarının üzləşdiyi ölümcül təhlükə ilə bağlı narahatlıq ifadə edilib və “fələstinli həmkarları qorumağa” çağırılıb. Ölkənin AD, ANP, “De Correspondent”, NRC, “Het Parool”, “Nu.nl”, NOS, “RTL Nieuws”, “Trouw”, “Volkskrant” kimi 45 mühüm media orqanının jurnalistlərinin məktubu dəstəklədiyi vurğulanıb. 

Nigar Hacılı 
"Cebheinfo.az"