"Sabah" yarımmüdafiəçisinin müqaviləsini yeniləmədi

"Sabah" yarımmüdafiəçisinin müqaviləsini yeniləmədi

"Sabah" yarımmüdafiəçi Şakir Seyidovla yollarını ayırıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belə ki, futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Seyidov 2018-ci ildən "Sabah"da çıxış edirdi.

O, "Sabah"ın heyətində ümumilikdə 59 oyun keçirib, 2 qol vurub.

"Cebheinfo.az"