Bu bələdiyyə müxalifətdən iqtidara keçdi

Türkiyənin Qaziosmanpaşa Bələdiyyəsinin həbs olunan sədri Hakan Bahçetepe Daxili İşlər Nazirliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılıb.
“Cebheinfo.az” xəbər verir ki, onun yerini alması üçün bələdiyyədə sədr müavini seçkisi keçirilib.
Səsvermə bu gün yerli vaxtla saat 10:00-da başlayıb. İki turdan sonra qalib müəyyənləşməyib. Lakin üçüncü turdan sonra hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) namizədi Eray Karadeniz Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Murat Topaloğlunu məğlub edib. Beləliklə, bələdiyyənin idarəsi də CHP-dən AK Partiyə keçib.
Elmir
“Cebheinfo.az”