Hindistan əhalisinin sayı 1,5 milyarda yaxınlaşıb

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun hesabatına görə, Hindistan əhalisinin sayı 1,5 milyard nəfərə yaxınlaşıb.
“Qafqazinfo” xəbər verir ki, yaxın gələcəkdə əhalinin daha 200 milyon artacağı ehtimal olunur.
Hazırda Hindistan dünyanın ən çox əhalisi olan ölkəsidir.
Ümumilikdə, Yer kürəsinin əhalisi, beynəlxalq təşkilatın proqnozuna görə, 2080-ci illərin ortalarında 10,3 milyard nəfərə çatacaq.
Yanvar ayında Çin əhalisinin 2024-cü ildə 1,39 milyon nəfər azalaraq 1,408 milyard nəfərə çatacağı bildirilmişdi. Amerikanın “The Wall Street Journal” qəzeti Çinin 2035-ci ilə qədər iqtisadi və demoqrafik gərginliklə üzləşə biləcəyini yazıb.
"Cebheinfo.az"