Fransalı qapıçının "Çelsi"yə transferi alınmır

Fransalı qapıçının "Çelsi"yə transferi alınmır

İtaliyanın "Milan" klubunun qapıçısı Mayk Menyanın bu yay İngiltərə təmsilçisi "Çelsi"yə transferi alınmayacaq.

"Report" insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, tərəflər klublararası dünya çempionatı başlayana qədər 29 yaşlı qolkiperin transferi ilə bağlı razılığa gələ bilməyiblər və artıq danışıqlar dayandırılıb.

Halbuki italyanlar fransalı oyunçunu 25-30 milyon avroya buraxmağa hazır idi. Lakin "zadəganlar" qapıçını 15 milyon avroya almağa ümid edib. Çünki onun hazırkı müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq.

Qeyd edək ki, Mayk Menyan 2024/2025 mövsümündə "Milan"ın heyətində bütün yarışlarda keçirdiyi 53 oyunun 15-də qapısını toxunulmaz saxlayıb.

"Cebheinfo.az"