İsraildən səfirin qalmaqallı açıqlamasına TƏKZİB

İsrail ABŞ-dən aldığı və 1990-cı illərdə istifadə etdiyi “Patriot” hava hücumundan müdafiə sistemlərini Ukraynaya verməyib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə TASS-a İsrail Xarici İşlər Nazirliyindən bildiriblər.
“İsrail “Patriot” sistemlərini Ukraynaya ötürməyib” ,-deyən agentliyin mənbəsi bunun “rəsmi cavab” olduğunu qeyd edib. O, İsrailin Kiyevdəki səfirinin bəyanatını belə şərh edib:
“Bəyanat düzgün deyil”.
Xatırladaq ki, İsrailin Ukraynadakı səfiri Mixail Brodski bir müddət əvvəl İsrailin ABŞ-dən aldığı və 1990-cı illərdə istifadə etdiyi "Patriot" hava hücumundan müdafiə sistemlərini Kiyevə köçürdüyü barədə açıqlama vermişdi.
Səfir sistemlərin Kiyevə dəqiq nə vaxt və hansı miqdarda köçürüldüyünü açıqlamayıb. Eyni zamanda, “The New York Times” mayın əvvəlində Ukraynanın “Patriot”u, o cümlədən İsraildən ötürməklə əlavə hava hücumundan müdafiə sistemləri ala biləcəyini yazıb.
Xəzər
“Cebheinfo.az”