Senator Uribenin vəziyyəti kritikdir

Senator Uribenin vəziyyəti kritikdir

İyunun 7-də Kolumbiyada silahlı hücum nəticəsində ağır yaralanan senator Migel Uribe reanimasiyada müalicəsini davam etdirir.

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, sağçı partiyanın Kolumbiyada 2026-cı ildə keçiriləcək prezident seçkilərində namizəd kimi göstərilən və iyunun 7-də silahlı hücum nəticəsində ağır yaralanan senator Migel Uribe Turbayın reanimasiyada müalicəsi davam edir.

Səlahiyyətlilər, paytaxt Boqotadakı özəl xəstəxanada əməliyyat olunan Uribenin vəziyyətinin “kritik” olduğunu və müalicələrə zəif cavab verdiyini bildirib.

Xəstəxanada növbətçi olan doktor Adolfo Linas Volpe yerli mətbuata Uribenin səhhətinin “son dərəcə” ağır olduğunu vurğulayıb.

Uribenin həyat yoldaşı Maria Claudia Tarazona deyib ki, onlara “möcüzə” lazımdır.

Milli Baş prokuror Luz Adriana Camargo da mətbuat konfransında hücumu təhrik edənlərin müəyyən edilməsi üçün istintaqın davam etdiyini açıqlayıb.

Nigar Hacılı 
"Cebheinfo.az"