Rusiyanın Xarkova zərbəsi nəticəsində ölənlər və yaralananlar var

Rusiya Silahlı Qüvvələrinin dronlardan istifadə edərək Ukraynanın Xarkov şəhərinə kütləvi hücumu nəticəsində iki nəfər ölüb, daha 28 nəfər yaralanıb.
Bu barədə şəhərin meri İhor Terexov teleqramda məlumat yayıb.
“Artıq iki nəfərin həlak olması, 28 nəfərin yaralanması barədə məlumat var”, – o yazıb.
“RBK-Ukrayna”nın bildirdiyinə görə, hücum təxminən saat 00:30-da (Bakı vaxtı ilə 01:30) başlayıb. Rusiyanın hücumuna Osnovyanski və Slobidski rayonları məruz qalıb, zərbələr yanğınlara yol açıb.
"Cebheinfo.az"