“Bihter” hamilədir? – Məşhur cütlükdən açıqlama

“Bihter” hamilədir? – Məşhur cütlükdən açıqlama

Türkiyəli məşhur aktrisa, “Bihter” rolu ilə tanınan Beren Saat və müğənni Kenan Doğulu uzun müddətdir gündəmdə olan hamiləlik iddialarına münasibət bildiriblər. 

“Cebheinfo.az” xəbər verir ki, cütlük İstanbuldakı incəsənət tədbirində birlikdə görüntülənib və zövqlü görünüşləri ilə diqqətləri üzərlərinə çəkiblər. Tədbirdə jurnalistlərin suallarını cavablandıran Beren Saat yayılan xəbərlərə təbəssümlə reaksiya verib: 

“İllərdir belə xəbərlər çıxır. Bizdən eşitmədiyiniz müddətcə inanmayın”. 

Beren Saatdan sonra açıqlama verən Kenan Doğulu isə daha açıq və qəti danışıb: 

“Biz bu xəbərlərə gülürük, əylənirik. Amma nənəm, qohumlar, bacı uşaqları, bibilərimiz “Xeyirli olsun” deyəndə əsəbləşirik. İnsanlar həyəcanlanır, sevinirlər, amma artıq anlayırlar ki, bizdən eşitmədikcə inanmaq olmaz. Çünki bu, 3–5 dəfə olub artıq”. Müğənni yanlış xəbərlərin ailə daxilində çaşqınlıq yaratdığını da vurğulayıb. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az