Kaya Kallas: “Sülh sazişinin dayanıqlı olmasına dəstək veririk”

“Burada olmaq çox gözəl hissdir. Azərbaycan regionda önəmli tərəfdaşdır”.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Bakıda XİN rəhbəri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
“Azərbaycana Ukraynaya humanitar yardım göstərdiyinə, eləcə də COP29-a ev sahibliyi etdiyinə görə minnətdarlığımı bildirirəm. Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanda minatəmizləməyə töhfə veririk. Prezident İlham Əliyevlə də görüş zamanı ticarətin gücləndirilməsindən danışdıq”, - deyə Kallas qeyd edib.
O, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasının tərəfdarı olduqlarını və sülh sazişinin dayanıqlı olmasına dəstək verdiklərini açıqlayıb.
"Cebheinfo.az"