Gürcüstanda sərnişin qatarı alovlanıb: Sərnişinlər təxliyə edilib

Gürcüstanda sərnişin qatarı alovlanıb: Sərnişinlər təxliyə edilib

Gürcüstanda Ozurgeti-Tbilisi istiqamətində hərəkət edən sərnişin qatarında yanğın baş verib.

APA-nın Tbilisi müxbiri yerli KİV-ə istinadən xəbər verir ki, qəzanın səbəbinin qeyri-müəyyən olduğu bildirilir.

Məlumata görə, hərəkətdə olarkən vaqonlarda elektrik enerjisi kəsilib və qatar dayanıb. Sərnişinlərdən vaqonları tərk etmələri istənilib. Sərnişinlər daha sonra tüstü müşahidə etdiklərini bildiriblər.

"Cebheinfo.az"