Ronaldo 3,5 milyonluq saatları oteldə unudub

Ronaldo 3,5 milyonluq saatları oteldə unudub

Portuqaliyalı futbolçu Kriştiano Ronaldonun başına iş gəlib.

“Cebheinfo.az” xəbər verir ki, dünya ulduzu 2019-cu ilin sentyabr ayında saatlarını itirib.

O, AVRO-202O-nun seçmə mərhələsi çərçivəsində Belqrada gedərkən problemlə üzləşib.

Belə ki, Ronaldonun toplam dəyəri 3,5 milyon avro dəyərində olan iki saatı yadından çıxaraq oteldə qalıb.

Buraya dəyəri 1,5 milyon avro olan almazla bəzədilmiş “Franck Muller Cintree Tourbillon” və horologiya dünyasında unikal sayılan 2 milyon avro dəyərində olan “Girard Perregaux Planetarium Triple-Axis Tourbillon” saatlarından söhbət gedir.

Üstəlik, sözügedən modellər sadəcə Kriştiano Ronaldo üçün xüsusi olaraq istehsal olunub və başqa alternativləri yoxdur. 

Məlum olub ki, otel çalışanları saatları tapdıqdan sonra bir neçə saat ərzində dünya ulduzu ilə əlaqə saxlayıblar. Həmin saatlar Ronaldoya çatdırılıb. 

Elmir
“Cebheinfo.az”