Bu ölkənin sabiq prezidenti rüşvətxorluqda ittiham olunur

Bu ölkənin sabiq prezidenti rüşvətxorluqda ittiham olunur

Cənubi Koreya Prokurorluğu ölkənin sabiq prezidenti Mun Çje İni rüşvətxorluqda ittiham edir.

“Cebheinfo.az” “Yonhap” agentliyinə istinadən xəbər verir ki, Mun Çje İn kürəkənini Tailand aviaşirkətində işə düzəltməsi ilə əlaqədar rüşvətxorluqda günahlandırılır.

İddialara görə, 2017-2022-ci illərdə prezident vəzifəsində çalışan Mun Çje İn 2018-ci ildə kürəkənini aviaşirkətdə yüksəkmaaşlı işə götürülməsi üçün şərait yaradıb.

Oxşar ittihamlar aviaşirkətin qurucusu və keçmiş millət vəkili Li Sanq-jikə və Munun qızı Da-hyeyə qarşı da qaldırılıb. 

Ehtimal olunur ki, keçmiş prezident Munun kürəkəni o vaxt aviasiya sektorunda təcrübəsi olmamasına baxmayaraq, Linin agentliyə rəhbər təyin edilməsi müqabilində 2018-ci ildə aviaşirkətin icraçı direktoru vəzifəsinə təyin edilib.

Nigar Hacılı 
"Cebheinfo.az"