“Trabzonspor” finalda

Türkiyə kubokunda növbəti finalçının adı məlum olub. Evində “Göztəpə”ni 2-0 hesabı ilə məğlub edən “Trabzonspor” adını finala yazdırmağı bacarıb.
"Cebheinfo.az" xəbər verir ki, qaradənizlilərin qollarını Ozan Tufan (78) və Aleksandır Zubkov (89) vurub. “Trabzonspor” kubok uğrunda qarşılaşmada “Qalatasaray”la üz-üzə gələcək.
Qeyd edək ki, bu günədək “Qalatasaray” 18, “Trabzonspor” isə 9 dəfə Türkiyə kubokunu başı üzərinə qaldırıb.
"Cebheinfo.az"