Tramp İranı vumağa qoymayıb?

“Mən İsrailin İrana zərbə endirməsinə mane olmamışam”.
“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"Mən onlara mane olmadım. Amma bunu onlar üçün əlverişli etmədim, çünki düşünürəm ki, biz hücum etmədən sövdələşə bilərik", - deyə ABŞ Prezidenti "Time" qəzetinə müsahibəsində deyib.
O əlavə edib ki, İsrail və İran arasında mümkün münaqişədə ABŞ-nin hərbi iştirakını istisna etmir.O, həmçinin vurğulayıb ki, İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-ni hərbi münaqişəyə sürükləyəcəyindən qorxmur.
"Əgər razılığa gələ bilməsək, öz istəyimlə hərbi qarşıdurmaya gedəcəyəm. Razılığa gələ bilməsək, digərlərinə rəhbərlik edəcəyəm", - Tramp vurğulayıb.
Aprelin 7-də “The New York Times” qəzeti İsrailin 2025-ci ilin mayında İranın nüvə obyektlərinə zərbə endirmək niyyətində olduğunu, lakin Trampın belə bir addımı dəstəkləmədiyi üçün bunun əleyhinə qərar verdiyini yazıb.
Xəzər
“Cebheinfo.az”