Tramp Çin liderinin ona zəng etdiyini bildirib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin ona zəng edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə o, “TIME” a müsahibəsində deyib.
Donald Tramp Çin liderinin tariflərlə bağlı onunla əlaqə saxladığını və administrasiyasının razılığa gəlmək üçün çinlilərlə aktiv danışıqlar apardığını bildirib:
"Mən bunun onun adından zəiflik əlaməti olduğunu düşünmürəm”.
O, növbəti üç-dörd həftə ərzində tam sövdələşmələr cədvəlinin açıqlanacağını gözlədiyini bildirib.
Tramp hələ də tariflərin zəruri olduğuna əmin olduğunu vurğulayıb.
"Cebheinfo.az"