Niderland səfiri İran XİN-ə çağırıldı

Niderlandın Tehrandakı səfiri Emil Frederik Dyubon İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Məlumata görə, İran Xarici İşlər Nazirliyi Niderland Baş Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin Tehranın Avropada iki sui-qəsd cəhdində iştirakı ilə bağlı ittihamlarını əsassız adlandırıb və səfirə etirazını ifadə edib.
Qeyd edək ki, ötən gün İranın Niderlanddakı səfiri Tehranın Avropada iki sui-qəsd hazırlaması şübhəsi ilə bağlı çağrılıb. Niderland kəşfiyyatı 2023-cü və 2024-cü illərdə Avropada bir iranlı və bir ispaniyalını öldürməyə cəhd edən iki nəfərin həbs olunduğunu bildirib.
"Cebheinfo.az"