Tramp: “Krım Rusiyada qalacaq”

“Volodimir Zelenski Krımın Rusiyada qalacağını anlayır. Krım Rusiyada qalacaq. Zelenski də bunu başa düşür”.
“Cebheinfo.az” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp "Time" jurnalına verdiyi müsahibəsində belə deyib.
“Hamı anlayır ki, Krım artıq uzun müddətdir Rusiyanın tərkibindədir”, - deyə Tramp bildirib.
O, həmçinin vurğulayıb ki, Krımda əhalinin əksəriyyəti rus dilində danışır. Eyni zamanda, Tramp Donetsk və Luqansk “xalq respublikaları”, eləcə də Zaporojye və Xerson vilayətlərinin Rusiya ərazisi kimi tanınıb-tanınmayacağına dair sualı cavabsız qoyub.
“Sadəcə Krım haqqında danışmaq lazımdır, çünki hər zaman məhz ondan bəhs olunur”, - deyə Tramp qeyd edib.
Səbinə Uğur
"Cebheinfo.az"