Təyyarə qəzaya uğradı: İçərisində olan hər kəs öldü

Təyyarə qəzaya uğradı: İçərisində olan hər kəs öldü

Tailandın Praçuab Kiri Xan əyaləti sahillərində kiçik təyyarənin dənizə düşməsi nəticəsində 6 polis əməkdaşı həlak olub.

"Cebheinfo.az" xəbər verir ki, Tailand polisinin verdiyi açıqlamaya görə, Praçuab Kiri Xan əyalətinin Hua Hin rayonunda kiçik bir polis təyyarəsi paraşüt təlimindən əvvəl sınaq uçuşu üçün havaya qalxıb.

Yerli vaxtla saat 08:00 radələrində sınaq uçuşu zamanı "DHC-6-400 Twin Otter" model təyyarəsi Hua Hin hava limanı yaxınlığında dənizə düşüb.

Qəzada təyyarədə olan 6 polis əməkdaşı həyatını itirib, hadisə ilə bağlı araşdırma başlanıb.

Nigar Hacılı 
"Cebheinfo.az"