Suriya ABŞ-nin təklifini qətiyyətlə rədd etdi

Suriya ABŞ-nin təklifini qətiyyətlə rədd etdi

Suriya Prezidenti Əhməd Şaara ABŞ-nin sanksiyaları yüngülləşdirmək müqabilində İsraili tanıyan "İbrahim Anlaşmaları"na qoşulmaq təklifini qətiyyətlə rədd edib. 

"Cebheinfo.az" xəbər verir ki, Dəməşq administrasiyası Vaşinqtona ünvanladığı rəsmi məktubda bu cür anlaşmaların yalnız işğal olunmamış torpaqlara malik ölkələr üçün keçərli olduğunu bildirib. "Suriya işğal altındakı torpaqları olduğu üçün "İbrahim Anlaşmaları"na qoşula bilməz" fikrini xüsusi vurğulayır və heç bir tərəf üçün təhlükə mənbəyi olmayan bir quruluş inşa etmək istəyir", -deyə Şaara bildirib. 

Məktubda "xarici döyüşçülərlə ABŞ üçün təhlükə yaradan ünsürlər arasında fərq qoyulmalı olduğu" vurğulanıb. Prezident Əhməd Şaara bildirib ki, Suriya qonşu ölkələr üçün təhlükə mənbəyi olmayacaq və ölkənin torpaqları heç bir tərəf üçün başqa ölkələrə qarşı təhdid vasitəsinə çevrilməyəcək. Şaara, həmçinin xarici döyüşçülərin statusu ilə bağlı inteqrasiya və ya deportasiya variantlarının nəzərdən keçirildiyini qeyd edib. 

ABŞ Konqresinin üzvü Kori Mills Şamda keçirdiyi görüşlərdə Suriyanın bölgədə sülh və sabitlik yaratmaq iradəsini nümayiş etdirdiyini bildirib. Mills açıqlamasında qeyd edib ki, Prezident Əhməd Şaara xüsusilə silah qaçaqmalçılığına qarşı tədbirlər görməyə və İsraillə təhlükəsizlik sahəsində əməkdaşlığa açıq olduğunu ifadə edib. O əlavə edib ki, Dəməşq rəhbərliyi genişləndirilmiş sülh razılaşmaları və regional diplomatik əlaqələrin qurulmasına açıqdır. 

Səbinə Uğur 
"Cebheinfo.az"