Pakistan Hindistana xəbərdarlıq etdi

Pakistan Hindistana xəbərdarlıq etdi

Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin genişmiqyaslı manevrləri fonunda Yeni Dehlini Pakistanın hava məkanına müdaxilə etməməsi barədə xəbərdarlıq edib.

Bununla bağlı Pakistanın müdafiə naziri Xavaca Asif açıqlama verib.

Xatırladaq ki, aprelin 22-də Hindistanın cənubunda yerləşən Kəşmir vilayətində turistlərə silahlı hücum edilib. Hücum zamanı azı 25 turist həlak olub, 24-ü yaralanıb. Hindistan hadisəyə görə Pakistanı günahlandırıb və ölkənin Nyu-Dehlidəki Səfirliyinin müdafiə, hərbi-dəniz və hərbi-hava qüvvələri üzrə müşavirlərini “arzuolunmaz şəxs” elan edib. Həmin şəxslər həftə ərzində Hindistanı tərk etməlidirlər. Bundan sonra iki ölkə arasında gərginlik artıb.

"Cebheinfo.az"