İspaniya işığa görə fövqəladə vəziyyət elan edə bilər

İspaniyada hökm sürən tarixi elektrik probleminin ardınca Madrid rəhbəri İzabel Diaz Ayuso 3-cü dərəcəli fövqəladə vəziyyət elan edilməsi və ordunun ayıq-sayıqlığı məqsədilə Baş Nazir Pedro Sançesə çağırış edib.
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, genişmiqyaslı problem İspaniyanın əksər şəhərlərində həyatı iflic edib.
Səlahiyyətlilərin sözlərinə görə, hazırda işıqsızlıq səbəbilə bağlı araşdırmalar davam etdirilir, kiberhücum ehtimalı isə yüksək səviyyədədir.
Qeyd edək ki, İspaniyada üçüncü səviyyəli həyəcan elan edildikdə:
-Ordu böhranlı bölgələrə yerləşdirilir
-Nəqliyyat, təhlükəsizlik və əsas infrastruktur dəstək xidmətləri hərbi qüvvələr tərəfindən təmin edilir
-Böhranların idarə edilməsi birbaşa mərkəzi hökumət və Müdafiə Nazirliyinin səlahiyyətinə keçir
Yerli vaxtla saat 12:00-da başlayan problem İspaniya və Portuqaliyada nəqliyyat, rabitə və səhiyyə xidmətlərində böyük fasilələrə səbəb olub. Madrid metrosu boşaldılıb, qatarlar dayanıb və hava limanları fəaliyyət göstərə bilməyib.
İspaniyanın “Red Electrica” elektrik şirkəti elan edib ki, elektrik enerjisi verilişi tədricən bərpa olunur, lakin tam normal vəziyyətə düşmək üçün 6-10 saat vaxt lazım ola bilər.
Problem Fransanın sərhəd şəhərlərində və hətta Belçikanın bəzi yerlərində də qeydə alınıb. Bu isə Avropada daha geniş enerji şəbəkəsi böhranı ilə bağlı narahatlıqları artırıb.
"Cebheinfo.az"