Colanı kürdlərin təklifini rədd etdi

Colanı kürdlərin təklifini rədd etdi

Suriyanın yeni lideri Əhməd əl-Şara (Colani) YPG/PKK-ya bağlı Suriya Demokratik Qüvvələrinin (SDQ) təklif etdiyi əyalət idarəetmə formasının ölkənin strukturu üçün təhlükə olduğunu deyib. 

"Cebheinfo.az" xəbər verir ki, Suriya lideri Şəranın ofisinin yaydığı bəyanatda deyilir: 

“Biz federalizm və ya muxtariyyət adı altında milli konsensus olmadan separatçı kantonları bölmək və ya yaratmaq cəhdlərini açıq şəkildə rədd edirik”. Açıqlamada “Suriya torpaqları və xalqının birliyi qırmızı xəttdir”,-deyilir. 

Keçən ay ABŞ-nin dəstəklədiyi kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) Dəməşqlə kürdlərin idarə etdiyi inzibati və təhlükəsizlik strukturlarını mərkəzi hökumətlə birləşdirmək üçün müqavilə imzalayıb. Bununla belə, Suriya Prezident Ofisi bəyan edib ki, SDQ liderlərinin federalizmlə bağlı son bəyanatları bu razılaşmanın ruhuna açıq şəkildə ziddir. 

Nigar Hacılı 
"Cebheinfo.az"