İlon Maskdan şok açıqlama: "Cərrahları robotlar əvəz edəcək"

İlon Mask yaxın illərdə robotların insan cərrahları geridə qoyacağını bəyan edib.
"Cebheinfo.az" xəbər verir ki, məşhur milyarder bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
O yazıb ki, robotlar bir neçə il ərzində yaxşı insan cərrahlarını, təxminən 5 il ərzində isə ən yaxşı cərrahları belə üstələyəcək.
Mask qeyd edib ki, "Neuralink" şirkəti beyin-kompüter sisteminə elektrod yerləşdirmək üçün robota ehtiyac duyub.
Onun sözlərinə görə, insan əli tələb olunan sürət və dəqiqliyə çata bilmədiyi üçün bu proses yalnız robot vasitəsilə həyata keçirilə bilib./Musavat.com
"Cebheinfo.az"