Bəşər Əsədin atasının məzarı açıldı: Sümükləri oğurlandı

Suriyanın sabiq prezidenti Bəşər Əsədin atası Hafiz Əsədin Əl-Laziqiyyə vilayətinin Qardaha şəhərindəki qəbri qazılıb və qəbirdə olan sümüklər oğurlanıb.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər "Telegram" kanallarında dərc edilib.
Belə ki, videoda məzarın sinə daşının tamamilə dağıdıldığı, məzarın qazılaraq oradakı sümüklərin götürüldüyü aydın görünür.
Məlumat üçün əlavə edək ki, Bəşər Əsədin atası Hafiz Əsəd 1971-2000-ci illərdə Suriyanın prezidenti olub.
"Cebheinfo.az"