Pezeşkiandan İran-Azərbaycan olaylarına reaksiya

"Bəzən ölkələr arasında bəzi sərhədlər pozulur və insanlar yanlış fikirlər söyləyə bilirlər. Ancaq biz böyüklər problemləri qabartmamalıyıq, bir-birimizə hörməti pozmamalıyıq. Unutmayın ki, balaca uşaqlar da dalaşdıqdan sonra barışır”.
"Cebheinfo.az" xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Azərbaycana gəlməzdən öncə əvvəllər iki ölkə arasında yaşanmış xoşagəlməz olaylara münasibət bildirərkən deyib.
Pezeşkian AzTV-yə müsahibəsində bildirib ki, böyüklərin həmişə sülh yolunu tutması vacibdir:
"Biz həmişə sülh yolu ilə bir yerdə olmalıyıq. Biz Azərbaycanı həmişə öz qardaşımız hesab edirik və bu qardaşlıq bağı sayəsində gələcəkdə münasibətlərimiz daha da möhkəmlənəcək".
"Cebheinfo.az"