Azərbaycan güləşçisi Budapeştdə keçirilən beynəlxalq turnirdə çempion olub

Azərbaycan güləşçisi Budapeştdə keçirilən beynəlxalq turnirdə çempion olub

Azərbaycanın yunan-Roma güləşçisi Elmin Əliyev Budapeştdə Macarıstanın tanınmış güləş məşqçisi İmre Baracsinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə qızıl medal qazanıb.

Bu barədə Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

U-17 Avropa çempionatının bürünc mükafatçısı olan E.Əliyev 82 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Ənənəvi yarışda U-20 yaş qrupu üzrə millinin bir neçə üzvü də iştirak edib. Məşqçi Emin Əhmədovun rəhbərliyi altında mübarizə aparan Kamran Rəcəbli (72 kq), Cavad Məmmədov (77 kq) və Məzaim Mərdanov (130 kq) Memorialda mükafat qazana bilməyiblər.

Yarış bitdikdən dərhal sonra güləşçilərimiz Macarıstanın Tata şəhərinə yollanıblar. Belə ki, onlar mayın 2-dək bu şəhərdə bir neçə komandanın iştirakı ilə keçiriləcək təlim-məşq toplanışına qatılıblar.

"Cebheinfo.az"