Qadına qarşı soyğunçuluq edən şəxs tutuldu

Paytaxtın Səbail rayonunda talama cinayəti qeydə alınıb.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, rayonun Nizami küçəsində yaşayan qadının mobil telefonu soyğunçuluq yolu ilə ələ keçirilib.
Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərilə cinayət əməlini törətməkdə təqsirli bilinən 37 yaşlı E.Carçıyev saxlanılıb.
Araşdırma aparılır.
"Cebheinfo.az"