Putin atəşkəs elan etdi

Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibənin gedişində müvəqqəti atəşkəs rejimi elan edib.
"Cebheinfo.az" xəbər verir ki, Kremlin yaydığı məlumata görə, atəşkəs 8 may səhərindən 11 may tarixinə qədər davam edəcək. Bu müddət İkinci Dünya müharibəsində qələbə gününün qeyd olunması ilə üst-üstə düşür.
Açıqlamada bildirilir ki, Putin bu qərarı "humanitar səbəblərlə" qəbul edib. Ukrayna tərəfi hələlik bu bəyanata cavab verməyib. Rusiya bəyan edib ki, "Ukrayna da bu addımı dəstəkləməlidir. Əgər atəşkəs rejimi pozularsa, Rusiya ordusu buna dərhal və ciddi cavab verəcək:
"Kreml, həmçinin bir daha bildirib ki, ilkin şərtlər olmadan sülh danışıqlarına və beynəlxalq tərəfdaşlarla konstruktiv əməkdaşlığa hazırdır".
Qeyd edək ki, Rusiya daha əvvəl də Pasxa bayramı münasibətilə 30 saatlıq atəşkəs elan etmişdi. Həmin vaxt tərəflər döyüşlərin müəyyən qədər zəiflədiyini təsdiqləsələr də, hər iki tərəf bir-birini atəşkəsi pozmaqda ittiham etmişdi. Budəfəki bəyanat ABŞ-nin "sülh danışıqları üçün həlledici həftə" adlandırdığı dövrdə verilib. Vaşinqton Rusiya və Ukrayna arasında razılaşma əldə olunmasına çalışır, lakin Tramp administrasiyası irəliləyiş olmasa, prosesdən çəkiləcəyi ilə hədələyib.
Səbinə Uğur
"Cebheinfo.az"
“Cebheinfo.az”