“Trabzonspor” “Barselona” ilə final görüşünə çıxır: Gənclər Liqasında

Bu gün UEFA Gənclər Liqasının finalı matçı baş tutacaq.
"Cebheinfo.az" xəbər verir ki, həlledici görüşdə “Trabzonspor”un və “Barselona”nın U-19 komandaları üz-üzə gələcək.
Final qarşılaşması İsveçrənin Nyon şəhərindəki “Kolovray” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, “Trabzonspor” qələbə qazansa, UEFA Gənclər Liqasında tarix yazacaq və bu titulu qazanan ilk türk klubu olacaq.
"Cebheinfo.az"