“Qarabağ” Şehiçi qeri qaytarır?

“Qarabağ” sabiq qapıçısı İbrahim Şehiçi geri qaytarmaq istəyir.
"Cebheinfo.az" “Futbolinfo”ya istinadən xəbər verir ki, Ağdam təmsilçisi artıq 36 yaşlı qolkiperə ilk təklifi göndərib.
Səudiyyə Ərəbistanının “Əl Xalej” klubunda çıxış edən “çərçivə” qoruyucusu da bu təklifə müsbət yanaşıb.
Hazırda dəvətin rəsmi müraciətə çevrilməsi ilə bağlı müzakirələr gedir.
Anlaşma əldə olunarsa, İbrahim 2 illik müqavilə ilə 2013-18-ci illərdə çıxış etdiyi “Qarabağ”a qayıdacaq.
"Cebheinfo.az"