Borucerdi: "Azərbaycan hədəf dövlətlərdən biridir"

“Prezidentin Bakıya səfəri davamlı təhlükəsizlik kölgəsi altında ikitərəfli münasibətlərin inkişafı və möhkəmlənməsi istiqamətində atılmış addımdır”.
"Cebheinfo.az" IRNA-ya istinadən xəbər verir ki, bunu İslam Şurası Məclisinin (İran parlamenti) Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əlaəddin Borucerdi bildirib.
O, Məsud Pezeşkianın Azərbaycan Respublikasına səfərinə işarə edərək deyib: "Qonşularla bütün ölçülərdə, o cümlədən siyasi, iqtisadi və mədəni sahələrdə ikitərəfli əlaqələrin gücləndir. Tarixi keçmişi qonşuluq və dini əlaqələri, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi istiqamətlərini nəzərə alaraq, Azərbaycan hədəf dövlətlərdən biridir. Ona görə də prezidentin bu ölkəyə səfəri iki ölkə arasında münasibətlərdə çox mühüm və təsirlidir".
Borucerdinin sözlərinə görə, Bakıya səfər iki ölkə arasında münasibətlərin bərpası yolunun davamıdır:
“İran həmişə qonşuları ilə münasibətlərini bütün aspektlərdə gücləndirməyə çalışır, çünki çətin anlarda qonşular problemlərin həllində yaxşı köməkçi və yoldaş ola bilərlər. Əməkdaşlıqda ilk prioritet ölkələr arasında əməkdaşlığın hərtərəfli genişləndirilməsinə imkan verəcək davamlı təhlükəsizliyin yaradılmasıdır. Biz İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında yeni və hərtərəfli əməkdaşlığın şahidi olacağımıza ümid edirik".
"Cebheinfo.az"