Şimali Koreya təsdiqlədi: “Rusiyaya qoşun göndərmişik”

Şimali Koreya ilk dəfə olaraq Ukrayna ilə müharibədə döyüşmək üçün Rusiyaya qoşun göndərdiyini təsdiqləyib.
“Cebheinfo.az” bu barədə “Yonhap” Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən xəbər verir ki.
KCNA-nın məlumatına görə, qoşunların köçürülməsi Şimali Koreya lideri Kim Çen Inın əmri ilə iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq sazişinə uyğun olaraq həyata keçirilib.
KCNA-nın bəyanatında deyilir: “Ukrayna hakimiyyətinin Rusiya Federasiyasına ehtiyatsız işğalını dəf etmək üçün Kursk vilayətinin azad edilməsi üzrə əməliyyatlar qələbə ilə başa çatıb”.
O əlavə edir ki, KXDR Silahlı Qüvvələrinin bölmələri dövlət başçısı Kim Çen Inın əmrinə uyğun olaraq əməliyyatlarda iştirak edib.
Şənbə günü Rusiya Baş Qərargahının rəhbəri Valeri Gerasimov Vladimir Putinə Kursk vilayətindəki vəziyyətlə bağlı hesabat verərkən bildirib ki, Şimali Koreya hərbçiləri regionun azad edilməsində mühüm yardım göstəriblər.
Gerasimovun bəyanatı KXDR qoşunlarının Rusiyaya köçürülməsinin ilk rəsmi təsdiqi olub.
Xəzər
“Cebheinfo.az”