Pakistanlılar Hindistanı tərk etdilər - FOTOLAR

Pakistanlılar Hindistanı tərk etdilər - FOTOLAR

Cammu və Kəşmirdəki terror hücumundan sonra Nyu-Delhinin vizalarının ləğv edilməsinə qərar verdiyi və Hindistanı tərk etməli olan Pakistan vətəndaşlarının demək olar ki, hamısı ölkədən çıxıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Hindu" qəzeti Hindistan Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.

Qeyd olunur ki, aprelin 24-dən indiyədək 537 Pakistan vətəndaşı Hindistanın Pəncab ştatındakı Attari nəzarət-keçid məntəqəsi vasitəsilə ölkəni tərk edib. Hindistanın immiqrasiya orqanları pakistanlılara ölkəni tərk etmələri üçün verilən müddət aprelin 27-də başa çatdıqdan sonra hökumət qərarının icrasını yoxlamaqda davam edirlər.

Qeyd edək ki, Hindistan Xarici İşlər Nazirliyi aprelin 24-də Pakistan vətəndaşlarına vizaların verilməsini dərhal dayandırmaq və daha əvvəl verilmiş sənədləri aprelin 27-dən ləğv etmək barədə qərar elan edib. Pakistan vətəndaşlarına verilən tibbi vizalar yalnız aprelin 29-dək etibarlı olacaq. Vizaların ləğvi qərarı Hindistanda uzunmüddətli viza ilə qalan pakistanlı hindulara şamil edilmir.

"Cebheinfo.az"