Mərkəzi Bank "BakıKart"la bağlı göstəriş verib

Mərkəzi Bank "BakıKart"la bağlı göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) elektron pul təşkilatı, "BakıKart"ın operatoru - "K Group" MMC-yə münasibətdə təshih tədbirinin tətbiq edilməsi barədə qərar verib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

AMB tərəfindən həyata keçirilən cari nəzarət prosesləri çərçivəsində "K Group" MMC-də təsərrüfat subyektləri ilə hesablaşmaların aparılması, qəbul edilmiş pul vəsaitinin təhlükəsizliyinin təmin edilməsi, Mərkəzi Banka təqdim edilmiş hesabatların düzgünlüyü, informasiya təhlükəsizliyi sahəsindəki öhdəliklərə əməl edilməsi təhlil olunub.

"K Group" MMC tərəfindən ödəniş sahəsində aidiyyəti qanunvericilik və normativ aktların tələblərinin pozulması halının aşkarlanması ilə əlaqədar olaraq, "Mərkəzi Bank haqqında" Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikasının Qanunun 63.1-ci maddələrinə əsasən "K Group" MMC-yə münasibətdə təshih tədbirləri tətbiq edilib.

"Cebheinfo.az"