Yanukoviç 15 il həbs olundu

Ukraynanın dördüncü prezidenti Viktor Yanukoviç 15 il müddətinə azadlıqdan məhrum edilib.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Kiyevin Podolsk Rayon Məhkəməsi Yanukoviçi Ukraynanın dövlət sərhədindən qanunsuz olaraq insanların keçirilməsi və fərariliyə sövq etmə maddəsi ilə təqsirli bilib. O, 15 il müddətinə azadlıqdan məhrum edilib. Ukrayna Dövlət Təhlükəsizliyi Departamentinin (SSD) keçmiş rəis müavini Konstantin Kobzar da eyni maddə ilə cəzalandırılıb və on il müddətinə azadlıqdan məhrum edilib.
Viktor Yanukoviç Ukrayna prezidenti postuna 2010-cu ilin fevralında başlayıb. Dörd il sonra, siyasi böhran zamanı Ali Rada faktiki olaraq onu hakimiyyətdən uzaqlaşdırıb. 2015-ci ilin fevralında parlament Yanukoviçi qanunla ömürlük prezidentlik statusundan məhrum edib.
2019-cu ilin yanvarında məhkəmə onu dövlətə xəyanətdə təqsirli bilib, 13 il müddətinə azadlıqdan məhrum edib. Sabiq prezident hazırda Rusiya Federasiyasında yaşayır. 2024-cü ildə oğlu Rusiya vətəndaşlığını alıb.
"Cebheinfo.az"