“Qarabağ”ın 3 potensial rəqibi bəllidir

“Qarabağ”ın 3 potensial rəqibi bəllidir

Azərbaycan Premyer Liqasında çempionluğu rəsmiləşdirən “Qarabağ” 2025-2026 mövsümündə Azərbaycanı növbəti dəfə UEFA Çempionlar Liqasında təmsil edəcək.

"Cebheinfo.az" xəbər verir ki, Ağdam təmsilçisi növbəti mövsüm qitənin ən nüfuzlu klub turnirinə I təsnifat mərhələsindən başlayacaq.

32.000 əmsala malik “Qarabağ” bu raundun ən reytinqli komandalarından biri olacaq. Qurban Qurbanovun yetirmələri I təsnifat mərhələsindən başlayacağı dəqiqləşən 9-cu komanda olub. Püşkatma zamanı təmsilçimiz səpələnmişlərdə, yəni güclülərin sırasında yer alacaq.

“Qarabağ”ın artıq 3 potensial rəqibi də bəllidir. Belə ki, “Vikinqur”, “Şelburn” və “Virtus” ağdamlılara rəqib ola bilərlər. Çünki onların püşkdə səpələnməmişlərdə qərarlaşacağı dəqiqdir.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər:

“Qarabağ” (Azərbaycan)

“Malmö” (İsveç)

“Jalgiris” (Litva)

“RFS Riqa” (Latviya)

KuPS (Finlandiya)

TNS (Uels)

Səpələnməmişlər:

“Vikinqur” (Farer adaları)

“Şelburn” (İrlandiya)

“Virtus” (San Marino)

"Cebheinfo.az"