Putindən koreylı əsgərlərə TƏŞƏKKÜR

Prezident Vladimir Putin bəyan edib ki, Rusiya xalqı Ukrayna Silahlı Qüvvələrinin bir qrup yaraqlısının Kursk vilayətində məğlubiyyəti zamanı həlak olan koreyalı hərbçilərin xatirəsini həmişə ehtiramla yad edəcək.
“Rus xalqı Koreya xüsusi təyinatlı əsgərlərinin şücaətini heç vaxt unutmayacaq. Biz Rusiya uğrunda, ümumi azadlığımız uğrunda canlarından keçmiş Koreya qəhrəmanlarını rus silahdaşları ilə bərabər hörmətlə anacağıq”.
“Cebheinfo.az”-ın məlumatına görə, Prezident Putin Kursk vilayətinin Ukraynalı hərbçilərdən geri alınması ilə bağlı koreyalı hərbçilərə müraciətində belə deyib. Vladimir Putin, həmçinin ölkələr arasında dostluq, mehriban qonşuluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Xatırladaq ki, KXDR strateji tərəfdaşlıq sazişinə uyğun olaraq Rusiyaya hərbi qulluqçuların göndərildiyini rəsmən elan edib.
Müşfiq Abdulla
“Cebheinfo.az”