Bu ölkədə israillilərlə fələstinlilər arasında toqquşma olub

ABŞ-nin Nyu-York şəhərində Fələstinə dəstək nümayişi keçirən qrupla İsrail tərəfdarları arasında toqquşma baş verib.
"Cebheinfo.az" xəbər verir ki, Bruklində Fələstinə dəstək nümayişi keçirən bir qrup insan, İsrailin ifrat sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin çıxış edəcəyi sinaqoq qarşısında toplaşıb.
Yəhudi icmasının cəmləşdiyi bölgədə Ben-Qvir tərəfdarları ilə fələstinli tərəfdarlar arasında toqquşma baş verib.Nümayişdə iki qrup arasında dava baş verərkən, bəzi şəxslər polis tərəfindən saxlanılıb.
İsrailli nazir Ben-Qvirin çıxışı da sonradan ləğv edilib.Sosial mediada paylaşılan görüntülərdə Bruklində əlbəyaxa dava və polisin müdaxiləsi anları əks olunub.
ABŞ-nin Yale Universitetinin Fələstin tərəfdarı tələbələri də aprelin 24-də Ben-Qvirin məktəbə məruzəçi kimi dəvət olunmasına reaksiya göstərərək, onun öz universitetlərinə dəvətinə etiraz ediblər.
Nigar Hacılı
"Cebheinfo.az"